“Bakı Ağ Şəhər” otelinin inşası başa çatır

“Bakı Ağ Şəhər” otelinin inşası başa çatır

"Bakı Ağ Şəhər"in ərazisində yerləşən otelin inşası ilə bağlı işlər yekunlaşmaq üzrədir. "Bakı Ağ Şəhər"in mətbuat xidmətindən bildirilib ki, Dəniz kənarında yerləşən və ümumi sahəsi 52 min kvadratmetr olan oteldə 818 otaq fəaliyyət göstərəcək.

Otel 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının qonaqlarını qəbul etməyə hazır olacaq.

Bundan əlavə, ərazidə ümumi sahəsi 90 min kvadratmetr sahədən ibarət Ağ Şəhər Mall-un inşasına başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə