Azərbaycanlı diplomatının məqaləsi Türkiyə mətbuatında

Azərbaycanlı diplomatının məqaləsi Türkiyə mətbuatında

Türkiyənin aparıcı mətbuat və informasiya orqanları Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanlının 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr etdiyi məqaləsini yayımlayıb. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə təsis olunan həmrəylik bayramımızın əhəmiyyətindən bəhs edən məqalədə diqqətə çatdırılır ki, həyata keçirilən həmrəylik strategiyası sayəsində Azərbaycan xalqı mütəşəkkil şəkildə öz dövləti ətrafında birləşir və ölkəmizin hərtərəfli tanıtdırılması və milli maraqlarımızın müdafiə olunması istiqamətində ciddi səylər göstərir.

Baş konsul bildirir ki, Ulu Öndərimiz tərəfindən möhkəm təməl üzərində qurulan bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xalqımızın beynəlxalq aləmdəki imicini yüksəldir, ölkəmizin daha yaxşı tanıdılmasına yeni imkanlar yaradır.

Sabir Şahtaxtı, AzərTAc

Bütün xəbərlər Facebook səhifəmizdə