Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyimizin rəmzidir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyimizin rəmzidir

Ağcabədi Rayon Mədəniyyət Evində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə çıxış edənlər iştirakçıları əlamətdar günlər münasibətilə təbrik edib, 2015-ci ildə xalqımıza firavanlıq arzulayıblar.

Dünya azərbaycanlılarının təşkilatlandırılmasında, soydaşlarımızın həmrəylik ideyası ətrafında birləşməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edilib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xüsusi qərarı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib. O vaxtdan dünya azərbaycanlıları tərəfindən dekabrın 31-i Həmrəylik Günü kimi bayram edilir.

Azərbaycançılıq ideologiyasının dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb, 31 dekabr gününün dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən əziz bayram kimi qeyd edilməsi milli birliyimizin göstəricisi kimi qiymətləndirilib.

Tədbirdə 1 nəfərə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı, 5 nəfərə isə fəxri fərmanı təqdim edilib.

Bayram tədbiri rayonun musiqi kollektivlərinin, həmçinin məktəblilərin və uşaq bağçalarının uşaqlarının ifasında rəngarəng konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə