Dekabrın 30-Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlqar Dadaşov şənlik iştirakçılarını bayramlar münasibətilə təbrik edib, 2014-cü ilin xalqımız, o cümlədən Lənkəran üçün uğurlu olduğunu söyləyib, yeni ildə həyatımızın bütün sahələrində daha böyük nailiyyətlərin qazanılmasını arzulayıb. İlqar Dadaşov daha sonra Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətindən, bütün bölgələrdə olduğu kimi Lənkəranda da həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və yenidənqurma işlərindən bəhs edib, 2015-ci ildədə qazanılan uğurların daha da inkişaf etdiriləcəyini vurğulayıb. Sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Lənkəran ŞİH-nin Fəxri fərmanlarını və hədiyyələri təqdim edilib Şaxta babanın və Qar qızın çıxışları tədbirə xüsusi təravət və şuxluq gətirib.
Lənkəranın incəsənət ustalarının ifa etdikləri oynaq, şən musiqi nömrələri bayram şənliyini daha da rövnəqləndirib.
Sərraf Mirsəfəroğlu






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB