AMEA-nın Mərkəzi Elmi Kitabxanası bayram tədbiri keçirib FOTOLAR

AMEA-nın Mərkəzi Elmi Kitabxanası bayram tədbiri keçirib FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova tədbiri giriş sözü ilə açaraq iştirakçıları təbrik edib.

Bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün azərbaycanlılar tərəfindən əziz bayram kimi qeyd edilir. Ümummilli Liderin bu təşəbbüsü dünya azərbaycanlılarının birlik və həmrəyliyə aparan yolunun başlanğıcını qoyub və ötən müddətdə bu istiqamətdə mühüm işlər görülüb. Həmin siyasəti bu gün də davam edir və dünyada yaşayan hər bir azərbaycanlı ölkəmizin milli maraqlarının müdafiəsi, azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşib.

Daha sonra çıxış edənlər dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin gücləndirilməsi, xarici ölkələrdə Azərbaycan diasporunun formalaşması və inkişafı istiqamətində görülən işlərdən danışıb. Bu günün qeyd olunmasının soydaşlarımıza Vətənə məhəbbət və milli dəyərlərimizə hörmət kimi mənəvi keyfiyyətlər aşıladığını vurğulayıb.

Tədbir muğam ifaçılarının, bədii qiraətçilərin və tələbələrdən ibarət aktyor heyətinin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə