Azərbaycanlı iş adamı Nyu-Yorkda Həmrəylik Günündə FOTOLAR

Hacı Quliyev: “Bugünkü Azərbaycanımız hamımızın fərəh və fəxr məkanına çevrilməsinə çox sevinirəm”
Azərbaycanlı iş adamı Nyu-Yorkda Həmrəylik Günündə FOTOLAR

Nyu-Yorkda yaşayan azərbaycanlılar 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə bir yerə yığışıblar. SİA-nın verdiyi məlumata görə, mədəniyyətimiz, mətbəximiz təmsil olunan tədbirdə qonaq qismində azərbaycanlı iş adamı, "Excellent" şirkətinin direktoru Hacı Quliyev də iştirak edib.

H.Quliyev tədbirdə çıxış edərək, bu günün hər bir azərbaycanlı üçün çox əlamətdar bir gün olduğunu qeyd edib: "Bugünkü Azərbaycanımız hamımızın fərəh və fəxr məkanına çevrilməsinə çox sevinirəm. Azərbyacan Vətənimizdir! Dahi Heydər Əliyevin kəlamını səsləndirməklə hər bir azərbaycanlıya şamil edərək deyirəm: "Biz hamımız fəxr edirik ki, biz azərbaycanlıyıq!"".

İş adamının çıxışı ABŞ-da yaşayan azərbaycanlıların səs-küylü alqışlarıyla qarşılanıb.

Tədbirdə Azərbaycanın Nyu-Yorkdakı konsulu, Rusiya Federasiyasının Dumasının əməkdaşı, ABŞ-ın "1 Canal" telekanalının eksperti Ramin Qasımov, o cümlədən, bir sıra iş və siyasət nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə