Hava soyuq və yağıntılı olacaq

Hava soyuq və yağıntılı olacaq

Yanvarın ilk günlərində havanın soyuq və yağıntılı olacağı gözlənilir. Ayın birinci yarısında havanın temperaturu iqlim normasına yaxın, bəzi günlərdə bir qədər yüksək olacağı, ikinci ongünlüyün sonunda və üçüncü ongünlükdə havanın soyuq keçəcəyi, temperaturun iqlim normasından aşağı olacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər çox olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvanda orta aylıq temperaturun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2-5 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 4-6 dərəcə şaxta təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Mərkəzi-Aran rayonlarında orta aylıq temperaturun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın üçüncü ongünlüyündə orta sutkalıq temperatur 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 2-6 dərəcə isti, dağlarda 2-6 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Bütün xəbərlər Facebook səhifəmizdə