AGAT “HappySolidarity Day of Azerbaijanis” adlı video çarx hazırlayıb
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə gənclərin iştirakı ilə "HappySolidarity Day of azerbaijanis" adlı video çarx hazırlayıb. SİA-nın məlumatına görə, çarxın əsas məqsədi dünya azərbaycanliların həmrəylik gününü təbrik etmək, birliyi təbliğ etmək və ölkəmizin hüdüdlarından kənarda milli mənafəyimizi qorumaqdır.
Nəzərinizə çatdıraq ki, AGAT beynəlxalq təşkilat 32 avropa ölkəsini özündə birləşdirən Gənc Avropa Federalistləri(JEF) şəbəkəsinin üzvüdür. "HappySolidarity Day of Azerbaijanis" adlı video çarx JEF Azərbaycan vasitəsi ilə JEF Avropa təşkilatı və fransız şəbəkəsi AMSED-ın səhifələrində paylaşılacaq.
https://www.youtube.com/watch?v=Z0fdXTmQJ3s&feature=youtu.be
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB