"Neftçi mühəndislərin təcrübə məktəbi" layihəsinə yekun vurulub FOTOLAR
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Neftçi mühəndislərin təcrübə məktəbi" layihəsinə yekun vurulub. 3 aya yaxın davam edən layihənin məqsədi, neft-qaz mühəndisliyi sahəsində təhsil alan və almış gənclərin şəbəkəsini formalaşdırmaq, onlara real iş mühitini, mühəndis həyatını aşılamaq olub.
Layihə çərçivəsində seçilmiş iştirakçılara SOCAR-ın, Hallilburtonun, Baker Hughes kimi neft şirkətlərinin təcrübəli mühəndis-təlimçiləri tərəfindən seminarlar keçirilib, iştiakçılarin ABŞ neft kompaniyası olan Hallilburtonun Bakı ofisinə səfəri təşkil olunub. Layihənin sonunda isə Bakı Ali Neft məktəbinin Neft-qaz kafedrasının rəhbəri, prof. Arif Məmməd-zadə ilə görüş təşkil olunub. Görüşdə prof. Məmməd-zadə layihə iştirakçıları ilə səmimi söhbət əsnasında öz zəngin təcrübəsini bölüşdü və iştirakçılara sertifikatlar təqdim olunub.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB