DAMM Həmrəylik Gününü qeyd edib FOTOLAR

DAMM Həmrəylik Gününü qeyd edib FOTOLAR

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) Rəyasət Heyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə növbəti geniş iclas keçirib. SİA-nın məlumatına görə, tədbirdə ziyalılar, rəsmi şəxslər və KİV nümayəndələri iştirak edib.

Tədbirdə öncə DAMM-ın Rəyasət Heyətinin üzvü, professor Vaqif Arzumanlının, Azərbaycanın tanınmış şairi Nurəngiz Günün və tanınmış rəssam Oktay Həsənzadənin vəfatı ilə bağlı onların xatirələri yad edilib.

Gündəlikdə duran birinci məsələ ilə bağlı Dünya azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti Söhrab Tahir çıxış edib. Çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan Respublikasında yaşayan Azərbaycanlıların deyil, həm də bütün dünya Azərbaycanlılarının sevimli rəhbəridir: Ümummilli liderin hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi Azərbaycanın mədəni irsinin təbliğatında da əsaslı dönüş yaradıb. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüş, onların problem və qayğıları ilə maraqlanmış, həmvətənlərmizi müstəqillik qazanmış Respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırmışdır. 2001-ci ilin noyabr ayının 9-u və 10-un da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olub. Bu qurultay xaricdəki soydaşlarmızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda atılmış böyük addım oldu. Qurultayda xaricdəki həmvətənləmizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmlənməsini təmin etmək məqsədi ilə xüsusi dövlət qurumu yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus olan bu ideya Azərbaycan diasporun formalaşması prosesini sürətləndirməyə xidmət edirdi. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət dünya Azərbaycanlılarının tarixi vətənlə əlaqələrini inkişaf etdirdiyi üçün, soydaşlarmızın milli özünəməxsusluğunu qoruyub saxladığı üçün, mədəniyyətlərarsı əlaqələri genişləndirdiyi üçün, onların mədəni-siyasi hüquqlarını müdafiə etdiyi üçün xalqımız sevimli rəhbərə borcludur".

Digər məsələ ilə bağlı Rəyasət Heyətinin üzvü, yazıçı Nəsibə Tahir çıxış edib. Bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü millətimizin birlik şüarının simvolik günüdür: "Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan Azərbaycnalılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu bayram dünyanın 70-dən çox ölkəsində Azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayram çevrilib, yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyətcə Azərbaycanlı olmayan, lakin Azərbaycanda doğulub böyümüş Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Dünya Azərbaycanlılarını həmrəylik gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-Iran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfransda Dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarınm birliyini yartmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi bayram edilir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli tariximizdə mühüm ictimai hadisə kimi qeyd edilir".

Qeyd: 2013-cü ilin 16 sentyabrında Ukraynanın Donetsk şəhərində DAMM-in vitse-prezidenti Rasim Məmmədovun təşkil etdiyi "İlhama Hə Deyrik" aksiyası baş tutdu. Tədbir Ukraynada yaşayan Azərbaycanlıları bir araya topladı. Keçirilən tədbirdə ölkəmizin tanınmış ziyalıları, ictimai xadimləri iştirak edirdi. Bundan başqa Ukraynanın bütün regionlarından yüzlərlə həmyerlimiz də tədbirə qatılmışdı.

Azərbaycanı Respublikamızın xalq artistləri Afaq Bəşirqızı, Səkinə İsmayılova, Məleykə Əsədova, Bilal Əliyev, Azərbaycan Dövlət Musiqili Komediya Teatrın direktoru əməkdar incəsənət xadimi Əliqismət Lalayev, əməkdar incəsənət xadimi, yazıçı- publisist Yasif Nəsirov, əməkdar artist Səlim Abbasov təmsil edirdi.

Bundan başqa tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin üzvləri, orada təhsil alan azərbaycanlı tələbələr, Ukraynada olan cüdo üzrə azərbaycanlı idman ustaları, Donetsk Milli Tibb Universitetinin rektoru, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, həmçinin Rusiya Federasiyasının Sankt Peterburq şəhərində yaşayan soydaşımız, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Rusiya nümayəndəliyinin rəhbəri Zaur Tanrıverdiyev də iştirak edirdi.

Tədbiri Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Ukrayna nümayəndəliynin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Möhlət Hüseynov açıq elan etdi. Rəsmi hissə ilə start götürən bir neçə saatlıq tədbir, daha sonra incəsənət xadimlərinin çıxışı və möhtəşəm atəşfəşanlıqla yekunlaşdı. Həmin tədbirdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin üzvləri, Ukraynada təhsil alan bir neçə tələbə və digər qonaqlar Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin fəxri fərmanlarına layiq görüldülər.

Sonda tədbir iştirakçıları 9 oktyabr tarixində keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Əliyevə səs verəcəklərini bəyan etdilər. Prezident İlham Əliyevə 315 nəfərlik imza ilə müraciət də ünvanlandı. "Xalq", "Yeni Azərbaycan", "Səs" qəzetində dərc olundu.

R.Məmmədov hesabat məruzəsində bir daha nəzərə çatdırıb ki, 2013-cü il dekabrın 28-29-da Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) təşkilatçılığı ilə Heydər Əliyev Sarayında əməkdar artist Könül Xasıyevanın "Qayıt nə olar" solo konserti keçirilimişdir. Gecədə ilk Öncə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin (DA.MM) fəaliyyətini əks etdirən videoçarx, sonra isə Könül Xasıyevanın "Azərbaycan" adlı klipi nümayiş etdirilmişdir. Gecədə Prezident Administrasiyasının İctimai siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov, akademik Vasif Məmmədəliyev, "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev döş nişanı ilə mükafatlanıdırılıb.

Gündəlikdə duran növbəti məsələ ilə bağlı illik hesabatla çıxış edən DAMM-in birinci vitse-prezidenti Rasim Məmmədov Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 2014-cü ildə gördüyü işlər barədə məlumat verib. Bildirib ki, 2014-cü ildə DAMM nümayəndə heyəti Kalimikiyaya səfər edib, səfər zamanı Kalmikiya Respublikasının Prezidenti Aleksey Orlov ilə rəsmi görüş keçirilib.

Məruzəçi qeyd edib ki, 20 Noyabr 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində "Anadangəlmə ürək xəstəliklərində yeniliklər" ("Update in congenital heart diseases") adlı beynəlxalq konfransın rəsmi açılış mərasimi keçirilib. Konfransın Təşkilat Komitəsinin sədri Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin üzvü Rəşad Mahmudov həmin konfransda çıxış edərək bildirib ki, hər il dünyada 1 milyondan çox uşaq anadangəlmə ürək qüsuru ilə doğulur. Onların 100 min nəfəri 1 yaşadək dünyasını dəyişir: "Hər il anadangəlmə ürək qüsuru ilə dünyaya gələn 1 milyondan çox uşağın 300-350 min nəfəri iqtisadi problemləri, böhran içində olan, tibbin səviyyəsinin aşağı olduğu ölkələrdə bəlli səbəblərdən həyatlarını itirirlər".

Azərbaycanın bu sahədə nailiyyətlər əldə etdiyini deyən R.Mahmudov qeyd edib ki, ölkəmizdə hər il 800-1000 nəfərə yaxın uşaq ürək qüsuru ilə dünyaya gəlir. Azərbaycanda ürək əməliyyatlarının aparılması üçün geniş imkanların olduğunu vurğulayan həkim ölkədə altı çox gözəl cərrahiyyə mərkəzinin qurulduğunu da nəzərə çatdırıb. Noyabrın 22-də başa çatmış tədbir Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü, Azərbaycan Səhiyyə Nazirliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilirmişdir. Həmin tədbirdə DAMM-in Rəyasət Heyətinin üzvləri də iştirak edirdilər. Açılış rəsmi mərasimdən təşkilatçılığı DAMM.İncəsənət şöbəsi tərəfindən həyata keçirilmişdir.

Daha sonra R.Məmmədov yada salıb ki, 16 dekabr 2014-cü il tarixində Hyat Regency Hotelinin konfrans zalında Anadolu Universitetinin tələbələrinə tələbə biletlərinin təqdimetmə mərasimi keçirilib. Tədbirdə Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan, Türkiyə Cumhuriyyətinin Bakıdakı fövqəladə səfiri və səlahiyyətli nümayəndəsi Alper Coşkun, ATİB İdarə heyəti sədri Cemal Yangı və DAMM-in birinci vitse-prezidenti Rasim Məmmədov iştirak edib.

Rasim Məmmədov çıxışında qeyd edib ki, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təsisçisi və prezidenti xalq şairi Söhrab Tahir Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayevin və tanınmış yazar Teymur Elçinin yubiley gecələrində iştirak edib. Həmin gecələrdə çıxış etmiş Söhrab Tahir hər iki yazıçının Azərbaycan mədəniyyəti tarixində xidmətlərindən söhbət açıb.

Eyni zamanda Azərbaycan Dövlət Televiziyasının yubiley tədbirlərində DAMM-in prezidenti Söhrab Tahirin, Rəşad Mahmudovun, R.Məmmədovun iştirakı Mədəniyyət Mərkəzinin ölkəmizin ictimai həyatında fəal iştirakına sübutdur.

Rasim Məmmədov qeyd edib ki, 2014-cü ildə veteran general-mayor Bahadur Hüseynovun 92-ci ildönümünün DAMM tərəfindən qeyd edilməsi Mədəniyyət Mərkəzinin fəaliyyətində qədirbilənlik prinsipinin önəmli olduğunu sübut edir.

Rasim Məmmədov çıxışında 11 ildir ki, ulu öndərin doğum və anım günləri ilə bağlı DAMM-in-keçirdiyi tədbirlərdən danışmağı özünə borc bilib. Qeyd edib ki, hər il 10 may ümummilli lider Heydər Əliyevin ad gününün təntənəli şəkildə qeyd olunması hər bir azərbaycanlı kimi onların da borcudur. Bu tarixin qeyd olunduğu tədbirlərdə ulu öndərin həyat və fəaliyyəti bir daha öyrənilir, onun böyük Azərbaycanlı kimi, Azərbaycançılıq ideologiyasının yaradıcısı kimi göstərdiyi xidmətlər yada salınır.

Rasim Məmmədov qeyd edib ki, 2014-cü ilin 16 dekabrında Milli Konservatoriyada Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş Anım gecəsi keçirilib. Anım gecəsinə Təhsil Nazirliyinin rəhbərliyi, struktur bölmə rəhbərləri və əməkdaşları, həmçinin ali məktəb rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və incəsənət xadimləri qatılıblar.

Rasim Məmmədov hesabat məruzəsində 2014-cü ildə DAMM-in fəaliyyətinin işıqlandırılması işində də vacib addımlar atıldığını söyləyib. İlk növbədə DAMM.az saytının və DAMM. Info səhifəsinin açılması ictimaiyətlə əlaqənin sıxlığını yarada bildirib. DAMM-in prezidenti və vitse-prezidentlərinin televiziya kanalları və radio vasitəsi ilə çıxışları mərkəzin fəaliyyətinə diqqəti artırıb.

Eyni zamanda "Xalq" qəzeti", "Səs", "iki sahil", "Respublika", "Yeni Azərbaycan", "525" mətbuat orqanlarında Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin fəaliyyətinin işıqlandırılması təşkilatın Respublikanın ictimai həyatında sözünü deyə bilən bir təşkilat olduğunu sübut edib.

Rasim Məmmədov hesabat məruzəsində qeyd edib ki, 2014-cü il ərzində bir çox insanlar DAMM tərəfindən "Əbədi Lider" qızıl döş nişanı ilə təltif olunublar. Belə ki, Kalmıkiya Respublikasının Prezidenti Aleksey Orlov, Sankt Peterburq vilayətinin qubernatoru Poltavçenko Georgiy, professor, millət vəkili Jalə Əliyeva, tibb elmləri doktoru, "Tərəqqi" medallı, Heydər Əliyev Fondunun "Qızıl Çinar" Beynəlxalq mükafatçısı Rəşad Mahmudov, Ədliyyə Nazirliyi bələdiyyələrlə iş idarəsinin rəhbəri Mehdi Səlimzadə, Sumqayıt ŞPİ-nin rəisi general-mayor Sahib Mirzəyev, Azərbaycan İslam Universitetinin rektoru akademik Vasim Məmmədəliyev, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, böyük dövlət xadimi general -polkovnik Bəylər Eyyubov, general-mayor, DTK-nın 1986-cı ilə qədər sədr müavini olmuş Bahadur Hüseynov, Ağsaqqallar şurasının sədri, millət vəkili Fəttah Heydərov "Əbədi Lider" qızıl döş nişanına layiq görülüblər.

Çıxışının sonunda DAMM-in birinci vitse-prezidenti Rasim Məmmədov bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə DAMM-in Rəyasət Heyətinin üzvü tibb elmləri doktoru Rəşad Mahmudovun əməkdar həkim adına , eyni zamanda DAMM-in Muğam bölməsinin rəhbəri Könül Xasiyevanın xalq artisti adına layiq görülməsi onları sevincinə səbəb olub.

DAMM-nı riyasət heyətinin iclasında akademik Rasim Məmmədəliyev DAMM-ın fəaliyyətini yüksək qiymətləndirərək qənaətbəxş hesab edib və DAMM-ın rəyasət heyətində təmsil olunmasında qürur duyduğunu bildirib. Akademik Vasif Məmmədəliyeva təşkilatı məsələlərlə bağlı çıxışında "İki Sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhmzadənin rəyasət heyətinin namizədliyini irəli sürüb. DAMM-ın vitse-prezidenti professor Rasim Nəbiyev öz növbəsində uzun illər DAMM-da fəaliyyət göstərdiyini xalqımızın böyük şairi Söhrab Tahirin rəhbərlik etdiyi təşkilatın fəaliyyətini son illərdə ən yüksək qiymətləndirib. Təşkilatın bundan da sonra böyük uğurlara imza atacağına ümid etdiyini bildirib. Rasim Nəbiyev görkəmli ictimai xadim Zümrüd Dadaşzadənin riyasət heyətinə üzv seçilməsinə münasibət bildirməyimizi tədbir iştirakçılarına xahiş edib.

DAMM-ın vitse prezidenti Azərbaycan xaqlının görkəmli oğlu, yazıçı dramaturq Nəriman Həsənzadə DAMM-ın fəaliyyətini qənaətbəxş hesab edərək riyasət heyətində təşkilatın təhsis etdiyi "Əbədi lider" qızıl döş nişanı və fəxri diplomla Azərbaycanın müstəqilliyində tərəqqisində xüsusilə də Böyük Öndər Heydər Əlirza oğlu Əliyevin müqəddəs ideyalarına sədaqətlə xidmətində fərqlənən Kəmaləddin Fəttahoğlu Heydərovu təltifi yüksək qiymətləndirib və tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.

Tədbirin sonunda təşkilatın Ulu Öndərin əziz xatirəsinə həsr etdiyi mərkəzin icraçı direktoru, respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Aygün Zeynalovanın ifasında video kliplə başa çatıb. Sonda, xalq şairi Söhrab Tahirin təşəbbüsü ilə yazılmış Tahir Əkbərin bəstəsində "Həmrəylik himni"ni mədəniyyət mərkəzinin himni kimi qəbul edilməsini çatdırıb. Tədbirdə qaldırılan bütün məsələlər yekdilliklə qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə