Bu gün Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) Rəyasət Heyətinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə növbəti geniş iclası keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycanın KİV nümayəndələri, ziyalılar və rəsmilər iştirak edib. DAMM-ın Rəyasət Heyətinin üzvü, professor Vaqif Arzumanlı, Azərbaycanın tanınmış şairi Nurəngiz Günün və Azərbaycanın tanınmış rəssamı Oktay Həsənzadənin vəfatı ilə bağlı onların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Nurəngiz Günün və Oktay Həsənzadənin xatirələrinin bir dəqiqəlik sükutla yad edildikdən sonra gündəlikdə duran aşağıdakı məsələlər ətrafında fikir mübadiləsi aparılıb:
1. Heydər Əliyev dünya Azərbaycanlılarının sevimli rəhbəridir.
2. Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli tariximizdə mühüm ictimai hadisədir.
3. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin illik hesabatı və
4. Təşkilatı məsələ.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB