Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2014-cü ilin xidməti fəaliyyətin yekunlarına və 2015-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib. Xidmətdən verilən məlumata görə, müşavirədə general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində görülmüş işlərə dair məruzə edib, 2015-ci ildə xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib.
Müşavirədə bir sıra məsələlər müzakirə olunub, general-leytenant A.Rəhimov 2015-ci ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini verib.
Müşavirənin yekununda xidmət rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB