Beynəlxalq Sülh Bürosu BAMF-ı Yeni il bayramı münasibətilə təbrik edib

Beynəlxalq Sülh Bürosu BAMF-ı Yeni il bayramı münasibətilə təbrik edib

UNESCO-nun keçmiş direktoru, hazırda Beynəlxalq Sülh Bürosunun prezidenti olan, Nobel sülh mükafatı laureatı Ingeborg Breines Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevə təbrik məktubu göndərib. BAMF-dan SİA-ya verilən məlumata görə, Yeni il münasibətilə BAMF-ın sədrini və kollektivini təbrik edən xanım Breines təşkilata, o cümlədən Azərbaycan xalqına xoşbəxtlik və firavanlıq arzu edib.

2014-cü ildə dünyada baş verən hadisələrin bir daha sülh quruculuğuna önəmi artırdığını bildirən Ingeborg Breines, dünyada ölümcül silah istehsalını dayandırmağın vacib olduğunu da önə çəkib: "Biz 70 il bundan əvvəl Xirosima və Naqasakidə atom bombasının istifadəsinə kədərləndiyimiz üçün, yenidən səsimizi qaldırırıq. Biz, Xirosima, Naqasaki və Fukusimaya yox deyirik ! Qoy 2015-ci il hamı üçün sülh və ədalətli bir il olsun ! Buz kimi soyuq Oslodan Bakıya isti salamlar"

Qeyd edək ki, Beynəlxalq Sülh Bürosunun prezidenti seçilməmişdən əvvəl UNESCO-nun direktoru olan xanım Breines dünya üzrə qadın hüquqlarının qətiyyətli müdafiəçisi kimi tanınıb. Nobel sülh mükafatı laureatı Ingeborg Breines "Davamlı sülh quruculuğu" və "Qadınların cəmiyyətdə rolu" haqqında bir çox dövrü nəşrlərin də müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə