Qaradağda aztəminatlı ailələrə yardım edildi FOTOLAR

Qaradağda aztəminatlı ailələrə yardım edildi FOTOLAR

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə rayonun aztəminatlı ailələri ilə görüş keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və rayon ictimaiyyəti iştirak edib. Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı S.Mikayılov görüşdə iştirak edən hər kəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, bol ruzi və ailələrinə əmin-amanlıq arzulayıb. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dünya azərbaycanlılarının vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki əvəzsiz xidmətlərinin danılmaz olduğunu bildirib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas məzmununu milli-mənəvi dəyərlərə hörmət, Vətənə bağlılıq və azərbaycançılıq ideyalarının təşkil etdiyini qeyd edib. Hər bayramda olduğu kimi, bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan "Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu" tərəfindən rayonunun aztəminatlı, imtiyazlı ailələrinə bayram payı göndərildiyini bildirərək, bunun bir daha ölkə başçısının diqqət və qayğısının təzahürü kimi vurğulayıb.

Daha sonra görüş iştirakçıları adından çıxış edənlər Rayon Veteranlar Cəmiyyətinin sədri Əli Məmmədov, Şəhid ailəsindən Səməngül Niftəliyeva və Qubadlı rayonundan məcburi köçkün Mübarək Yusifov hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və Rayon İcra Hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda "Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım Fondu" tərəfindən 3800 imtiyazlı ailəyə ərzaq yardımı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə