Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2014-cü il xidməti fəaliyyətin yekunlarına və 2015-ci il yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib. SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, müşavirədə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2014-cü il ərzində görülmüş işlərə dair məruzə edib, 2015-ci ildə Xidmət tərəfindən görüləcək işlər barədə məlumat verib.
Müşavirədə bir sıra məsələlər müzakirə olunub, general-leytenant A.Rəhimov 2015-ci ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini verib.
Müşavirənin yekununda Xidmət rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB