Dekabrın 29-da Şamaxıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları böyük təntənə ilə qeyd edilib. SİA-nın xəbərinə görə, Bayram mərasimində rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin rayon əhalisinə təbriki çatdırılıb, Ümummilli Lider Heydər Əliyevin azərbaycanlıların həmrəyliyinin formalaşmasındakı əvəzsiz xidmətlərindən, onun təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ilin noyabr ayında keçirilmiş Dünya Azərbaycanlılarının birinci qurultayından sonra xarici ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin öz milli dövləti ətrafında sıx birləşməsindən geniş söhbət açılıb.
Diqqətə çatdırılıb ki, azərbaycançılıq və vətənpərvərlik prinsipləri bu gün dövlətimizin başçısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rayonun musiqi kollektivləri, Şaxta baba, Qar qız və nağıl qəhrəmanları tədbir iştirakçılarına xoş ovqat bəxş ediblər.
Sonda uşaqlara bayram hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB