Ankarada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edildi FOTOLAR
28 dekabr tarixində Ankarada 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Gürkent mehmanxanasında çox sayda diaspor nümayəndələri, elm və incəsənət xadimləri, Ankarada təhsil alan azərbaycanlı tələbələr, müxtəlif ictimai birliklərin təmsilçiləri və səfirliyin əməkdaşlarının iştirakı ilə tədbir təşkil olunub.
SİA-nın Ankaradakı səfirliyimizdən aldığı məlumata görə, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov adından çıxış edən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova, dünyada yaşayan bütün azərbaycanlıların həmrəylik düşüncəsinin milli idrakımıza həkk olunmasında Ümummilli Liderimizin danılmaz rolundan, Azərbaycançılıq məfkurəsinin formalaşmasında Ulu Öndərimizin dərin milli idealogiyasından, Azərbaycan və Türkiyə kimi iki qardaş dövlətin xalqlarının dünyada bənzərsiz yaxınlığından və bu kimi tədbirlərin keçirilməsinin yüksək mədəni səviyyəmizin geniş kütlələrə duyurulmasındakı əhəmiyyətindən geniş şəkildə bəhs etmiş və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının qeyd olunan gün münasibətilə dünya azərbaycanlılarına ünvanladığı müraciəti oxuyub.
Ardından bir qrup aktiv tələbələrimizə təşəkkürnamə təqdim edilib.
Tədbir zamanı tələbələrimiz tərəfindən hazırlanmış musiqi proqramı nümayiş etdirilib.
Daha sonra tədbir iştirakçılarına ziyafət təşkil olunub.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB