Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı və Bakı Beynəlxalq Tələbə Klubunun təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə əlaqədar olaraq Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbələrlə görüş keçirilib. SİA-nın məlumatına görə, ilk öncə əcnəbi tələbələr YAP GB-nin Ofisi və burada həftə sonları pulsuz təşkil olunan ingilis dili kursunun gedişatı ilə tanış olublar. Sonra onlara Gənclər Birliyinin fəaliyyəti və keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Daha sonra AMEA Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı əcnəbi tələbələr Azərbaycanın eramızdan əvvəldən indiyədək olan tarixi dövrü ilə əyani şəkildə eksponatlar vasitəsilə tanış olublar. Əcnəbi tələbələrin keçirdikləri bir gün onlara xoş təəssürat bağışlayıb. Tələbələr gələcəkdə də YAP GB-nın həyata keçirəcəyi layihələrdə iştirak etmək istədiklərini dilə gətiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB