Gəncəlilər Yeni ili "2015 ağac əkək!" aksiyası ilə qarşılamaq üçün hər gün iməciliyə çıxırlar. Heydər Əliyev park-kompleksindən başlanan yaşıllıq marafonunda demək olar ki, şəhərin bütün təhsil, səhiyyə, mədəniyyət, həmçinin idarə və müəssisə kollektivləri iştirak edir.
Aksiyanın ilk iki günündə əraziyə 1200-ə yaxın Xan çinar, Eldar şamı, küknar, sərv və digər ağaclar əkilib. Yaşıllaşdırma marafonunun dekabrın 31-dək başa çatdırılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB