Paytaxtın iki prospektində nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb. SİA-nın Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən verdiyi xəbərə görə, Atatürk prospektinin Əlövsət Əbdülrəhimov küçəsi ilə kəsişməsindən Məmməd Araz küçəsi ilə kəsişməsinə qədər və Moskva prospektində "Alov" zavodunun qarşısında aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB