İçərişəhərdə bədbəxt hadisə bir nəfər öldü

İçərişəhərdə bədbəxt hadisə bir nəfər öldü

Bakıda tənha yaşayan qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. SİA-nın məlumatına görə, İçərişəhərdə, Əfəndiyev küçəsi 75 ünvanında yaşayan 1940-cı il təvəllüdlü Hüseynova Zemfira Mehdi qızı evdə tək olarkən yıxılıb. Başından ağır xəsarət alan qadın hadisə yerindəcə keçinib.

Qadının yıxılmasından xeyli sonra xəbər tutan yaxınları təcili tibbi yardıma müraciət edib və 3 saylı təcili tibbi yardım stansiyasının əməkdaşları evə gəliblər. Lakin ilkin müayinədən sonra qadının xeyli əvvəl vəfat etdiyi məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə