Gələn həftənin əvvəli üçün gözlənilən hava proqnozu açıqlanıb

Gələn həftənin əvvəli üçün gözlənilən hava proqnozu açıqlanıb

Ölkəmizdə gələn həftənin əvvəli üçün gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Güclü şimal-qərb küləyi səhər mülayimləşəcək, günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 4-7° isti, gündüz 7-10° isti olacağı gözlənilir. Dekabrın 30-da isə hava dəyişkən buludlu olacaq. Hava əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Temperatur gecə 4-6° isti, gündüz 10-15° isti olacaq.

Azərbaycanın əksər rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperaturun gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Şimal rayonlarında isə temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 1-6° isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə