Bu gün Gənclərin "Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai Birliyinin ofisində 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masanın qonağı Bakı Dövlət Universitetinin dosenti Kərəm Məmmədov olub.
Tədbiri giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı qonaqları salamlayaraq qarşıdan gələn dünya azərbaycanlılarının həmrəylik gününü təbrik edərək tədbir iştirakçılarına uğurlar arzu edib. Sonra qonaqlar mövzularını məruzə ediblər.
Bakı Dövlət Universitetinin dosenti Kərəm Məmmədov "Xaricdə yaşayan soydaşlarımızın etnik statusu" mövzusunda məruzə ilə çıxış edərək özünün yazıb ərsəyə gətirdiyi məqalələr haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Səmimi şəraitdə keçən görüşdə iştirakçıların suallarını cavablandıran məruzəçilər seminar iştirakçılarına mövzu ilə bağlı dəyərli tövsiyələr verərək hər bir Azərbaycan vətəndaşı üçün bu günün nə qədər əhəmiyyətli olduğunu bir daha bildiriblər.
GEAD İctimai Birliyinin sədri, dosent M. Babaşlı maraqlı məruzəyə görə qonağa minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB