Nadir Əzməmmədov: “Gürcüstana əlavə turist qatarı göndəriləcək” AÇIQLAMA

Nadir Əzməmmədov: “Gürcüstana əlavə turist qatarı göndəriləcək” AÇIQLAMA

"Dekabrın 29-dan etibarən Gürcüstana əlavə turist qatarı göndəriləcək". Bunu SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib. O, Gürcüstana göndəriləcək qatarın Bakıdan hərəkət etmə və geri qayıtma vaxtını da açıqlayıb: "Qatar dekabrın 29-da saat 2-də Bakıdan yola düşəcək. Gürcüstandan geri dönüş isə 3 yanvar 2015-ci ildə həyata keçiriləcək".

Nadir Əzməmmədov ölkə daxilində də bütün istiqamətlərə yeni vaqonların qoşulacağını deyib: "Ölkə daxilində də bütün istiqamətlərə yeni vaqonlar qoşulacaq. Bütün istiqamətlərdə yeni vagonların qoşulması nəzərdə tutulur. Lakin sadəcə Gürcüstana isə əlavə qatar göndəriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə