Bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospektinin Böyükşor yol qovşağı adlanan hissəsindən "Ramstore" yol qovşağına qədər nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin SİA-ya verdiyi məlumata görə, məhdudlaşdırma yolun hərəkət hissəsində üfüqi nişanlanma işi ilə bağlıdır.
Nişanlanma işinin bir neçə saat ərzində yekunlaşacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB