Britaniya mətbuatı Azərbaycanın yeni təyyarə almasından yazdı

Britaniya mətbuatı Azərbaycanın yeni təyyarə almasından yazdı

Britaniyanın xəbər portalı "Financial News" "Azərbaycan Hava Yolları"nın (AZAL) "Boeing 787-Dreamliner" təyyarəsini almasından bəhs edib. SİA-nın məlumatına görə, xəbərdə qeyd olunur ki, Azərbaycanın milli aviadaşıyıcısı MDB məkanında bu təyyarəyə sahib olan ilk hava yolu şirkətidir.

Portal, həmçinin AZAL-ın prezidenti Cahangir Əsgərovun fikirlərinə də yer verilib, yeni təyyarənin şirkətin beynəlxalq rəqabət qabliyyətinin artırılmasına kömək göstərəcəyini qeyd edib.

"Boeing" şirkətinin Orta Şərq, Rusiya və Mərkəzi Asiya satışları üzrə vitse-prezidenti Marti Bentrott AZAL-ın bu təyyarəni almağına, öz marşrutunu və biznes imkanlarını genişləndirməsinə şad olduğunu bildirib.

Xəbərdə "Azərbaycan Hava Yolları" haqqında məlumat verilir, aviadaşıyıcımızın 20-dən çox beynəlxalq istiqamətdə uçuşlar həyata keçirdiyi diqqətə çatdırılır. (AzərTAc)

Bütün xəbərlər Facebook səhifəmizdə