Bu yolda hərəkət daha da asanlaşdı DİQQƏT

Bu yolda hərəkət daha da asanlaşdı DİQQƏT

"Azəryolservis" ASC Bakının Qələbə dairəsi istiqamətində hərəkət zamanı Əbdülvahab Salamzadə küçəsi ilə əsas yoldan köməkçi yola çıxışı təmin edib. Bu barədə SİA-ya "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, Əbdülvahab Salamzadə küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən yolayrıcından çıxış zamanı köməkçi yolla keçmək mümkün olacaq.

P.Mürsəliyev qeyd edib ki, əsas yoldan çıxışı təmin etmək üçün ayırıcı maneənin bir hissəsi aradan götürülüb və hazırda avtomobillər xüsusilə pik saatlarında köməkçi yolla sərbəst hərəkət edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə