Bakıdan Tbilisiyə gedənlər “turist qatarı” ilə yola düşəcəklər

Bakıdan Tbilisiyə gedənlər “turist qatarı” ilə yola düşəcəklər

Azərbaycanda dəmir yolu kənarında yerləşən evlərin sökülməsi ilə əlaqədar xüsusi Dövlət Proqramı hazırlanır. SİA-nın xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin I müavini Qurban Nəzərov bu gün jurnalistlərə açıqlamasında deyib.

Bununla bağlı bütün rəsmi məlumatlarıın Nazirlər Kabinetinə təqdim edildiyini deyən Q.Nəzərov əlavə edib ki, Dövlət Proqramına əsasən də bu işlərin icrası ilə bağlı tədbirlər görüləcək: "Bu işlərə yalnız Dövlət Proqramı qəbul edildikdən sonra başlanacaq".

Q. Nəzərov həmçinin "Azərbaycan Dəmir Yolları"nın bayram günlərindəki fəaliyyətindən də danışıb. O deyib ki, qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" 2014-cü il dekabrın 29-dan 2015-ci il yanvarın 3-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

O bildirib ki, dekabrın 29-dan etibarən bütün istiqamətlərdə sərnişindaşımaya olan tələbatı nəzərə alaraq lazımi tədbirlər görülüb: "Bu gün xüsusi tələbat Bakı-Tbilisi istiqamətinədir. Belə ki, dekabrın 29-da Bakıdan Tbilisiyə iki qatar yola düşəcək. Yeni il bayramı münasibətilə Azərbaycandan Gürcüstana gedən turistlərin sayının çoxluğunu nəzərə alaraq, dekabrın 29-da Bakıdan Tbilisiyə xüsusi "turist qatarı" da çıxacaq. Eyni zamanda, 2015-ci il yanvarın 2-də Tbilisidən Bakı istiqamətinə 2 qatar hərəkət edəcək. Bu da sərnişinlərin bu istiqamətdə gediş-gəlişinə olan tələbatı tam ödəyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə