“İnnovativ idarəetmə məktəbi” açılacaq

“İnnovativ idarəetmə məktəbi” açılacaq

27 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN School" könüllülük proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə layihəsi olan "İnnovativ idarəetmə məktəbi"nin açılış mərasimi keçiriləcək. Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən SİA-ya verilən xəbərə görə, innovativ idarəetmə məktəbi çərçivəsində təşkil ediləcək müxtəlif təlim, tədbir və görüşlərdə könüllülər ölkənin bir sıra görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə görüşmək şansı əldə edəcəklər.

Layihənin açılış mərasimində Dövlət Agentliyinin sədri İnam Kərimov və Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov iştirak edəcək.

Görüş zamanı könüllülər onları maraqlandıran suallara cavab tapmaq və natiqlərlə ünsiyyətdə olmaq imkanı əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə