Bu şəxsləri işə götürənlər vergidə güzəştlər əldə edəcək

Bu şəxsləri işə götürənlər vergidə güzəştlər əldə edəcək

Azərbaycanda əlilliyi olan şəxsləri və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqları işlə təmin edən işəgötürənlərə vergi və sığorta güzəştlərinin edilməsi nəzərdə tutulur. SİA-nın məlumatına görə, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xəbər yayıb. Bu məsələ 2014-2018-ci illəri əhatə edən "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı" layihəsinə daxil edilib. Layihəyə əsasən, əlilliyi olan şəxslərin və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqların məşğulluğunun təmin edilməsi məqsədilə işəgötürənlərə vergi və sığorta güzəştlərinin müəyyən olunması barədə təkliflər hazırlanacaq.

Qeyd edək ki, bununla yanaşı, müəssisələrdə əlilliyi olan şəxslər və 15 yaşı tamam olmuş sağlamlıq imkanları məhdud uşaqlar üçün qanunvericiliklə müəyyən olunmuş kvotaya əməl edilməsinə nəzarət gücləndiriləcək. Bu kateqoriyadan olan insanların əhali üçün nəzərdə tutulan əmək yarmarkalarında iştirakları təmin olunacaq. Lazım gəldikdə, onlar üçün ixtisaslaşmış əmək yarmarkaları da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə