Qış aylarında avtomobilin yanacağına necə qənaət etmək olar?

Qış aylarında avtomobilin yanacağına necə qənaət etmək olar?

Məlum olduğu kimi, ölkəmizdə avtomobillərin sayı çoxdur və artmaqda davam edir. Avtomobillərdən istifadə edənlər isə şəxsi büdcələrinə qənaət etmək üçün nəqliyyat vasitələrinin maksimum az yanacaq sərf etməsini istəyirlər. Mütəxəssislər bildirirlər ki, qış aylarında avtomobillərin məhsuldarlığı 50 faiz azalır və yanacaq sərfiyyatı başqa aylara nisbətən çoxalır. Bu isə, həm insanların şəxsi büdcələrinə, həm də ətraf mühitə ziyan vurur.

Avtomobilin yük yerində əlavə çəki saxlamaq nəqliyyat vasitəsinin şinlərinin asfaltda sürüşməsini azaltsa da, yanacağın daha çox sərfiyyatına səbəb olur.

Daha az yanacaqla daha uzun yol gedə bilmək üçün təhlükəsizlik qaydalarına əməl etmək şərti ilə, avtomobildə olan artıq yüklərdən xilas olmaq lazımdır. Sükan arxasına keçməzdən əvvəl avtomobilin üzərində olan qar və buz təmizlənməlidir.

Qarlı yollarda öndəki avtomobilin təkərlərinin izi ilə hərəkət etmək lazımdır. Bu zaman avtomobil irəliləmək üçün daha çox enerji sərf etmək məcburiyyətində qalmır.

Avtomobil bağlı qaraja park edildikdə istifadə olunmadığı zaman nəqliyyat vasitəsi istiliyini müəyyən qədər qoruyur və yenidən istifadə olunduğu zaman (mühərrik qızıdırılan zaman) lazimi istiləyə daha tez çatır ki, bu da yanacağın daha az sərf olunmasını təmin edir.

Hava soyuq olarkən gözləmə zamanı 10 saniyədən çox olarsa, mühərriki açıq saxlayıb, istilik sistemini işlətmək əlavə yanacaq sərfiyyatına səbəb olur. Əgər 10 saniyədən az gözləmək lazım olarsa, müərriki söndürməyə ehtiyac yoxdur. Çünki mühərrikin bu zamanda işlətdiyi yanacaq, söndürüb yenidən işlək vəziyyətə gətirilərkən sərf oluna bilər.

Qış aylarında kiçik işləri həll etmək üçün hər dəfə avtomobildən istifadə etməkdənsə, nəqliyyat vasitəsindən öncədən planlaşdırılmış şəkildə bir neçə lazım olan yerə getmək üçün ən qısa yolu seçərək istifadə etmək lazımdır.

Mühərrik çox soyumadan yenidən işlək vəziyyətə gətirilərsə, yanacağa qənaət olunmuş olar.

Uzun yol gedərkən bütün təhlükəsizlik qaydalarına əməl etmək şərti ilə, əyləcdən maksimum az istifadə etmək də yanacağın daha az sərf olunmasını təmin edir. Bu zaman qarşıdakı avtomobil ilə kifayət qədər ara məsafəsi saxlamaq lazımdır ki, o, əyləcdən istifadə edərkən arxadakı avtomobilin sürücüsü ayağını qazdan çəkməklə, sürəti azalda bilsin.

Avtomobil aşağı və dəyişməyən sürətlə hərəkət etdikdə də yanacağı qənatli işlədir. Qaz və əyləcdən çox istifadə olunanda, yanacaq daha çox sərf olunur. Bunun üçün "avtopilot"dan istfadə etmək (əgər nəqliyyat vasitəsində varsa) daha məqsəduyğundur.

Bütün xəbərlər Facebook səhifəmizdə