Sürücülərin nəzərinə! Heydər Əliyev prospektinin bir hissəsi bağlı olacaq

Sürücülərin nəzərinə! Heydər Əliyev prospektinin bir hissəsi bağlı olacaq

Bu gün Bakıda daha bir mərkəzi küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə SİA-ya məlumat verən"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, bu axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsindən "Bağırov" körpüsünə qədər olan hissəsində gediş və gəliş olmaqla nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

O, bildirib ki, bağlanan yolda üfüqi nişanlanma işləri həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə