"Nə? Harada? Nə zaman?" üzrə Azərbaycan Kuboku keçirildi

“Vendetta” komandası gərgin mübarizədən sonra Azərbaycan Kubokunu qazandı
"Nə? Harada? Nə zaman?" üzrə Azərbaycan Kuboku keçirildi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakcell şirkətinin dəstəyi, Xəzər İntellektual Gənclər Klubu və Atəşgah İntellektual Oyunlar Klubu tərəfindən təşkil olunmuş "Nə? Harada? Nə zaman?" oyunu üzrə Azərbaycan Kubokunun 2014-cü il mövsümünün finalı keçirildi.

Hyatt Regency otelində təşkil olunan finalda ölkənin 16 ən güclü komandası mübarizə aparırdı. Bu ilki Azərbaycan Kubokunun özəlliyi ilə digər turnirlərdən seçilirdi. Qeyd etmək yerinə düşər ki, bu il Azərbaycanda intellektual oyunlar hərəkatının yaradılmasından 25 il keçir və bu əlamətdar hadisə ölkə kubokunun finalında da qeyd olundu. Uzaq 1989-cu ildə yaradılmaqla əsası qoyulan Atəşgah İntellektual Oyunlar Klubu Azərbaycanda intellektual oyunlar hərəkatının beşiyi hesab olunur.

Tədbirdə çıxış edən Atəşgah İntellektual Oyunlar Klubunun prezidenti Murad Axundov qeyd etdi ki, ölkədə intellektual oyunlar hərəkatının yeni inkişaf mərhələsində olduğunu qeyd etdi. Xəzər İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov isə qarşıdakı planlar və yeni layihələr barədə iştirakçılara məlumat verdi.

Uzun sürən mübarizədən sonra "Vendetta" komandası Azərbaycan Kubokunun qalibi oldu. "Mercury" komandası ikinci, "Land of fire" komandası isə üçüncü yeri qazandı. Qaliblər kubok, medal və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Bütün xəbərlər Facebook səhifəmizdə