Bir neçə gündən sonra 2014-cü il başa çatır. Geridə qoyduğumuz 2014-cü il də Azərbaycan mətbuatı üçün uğurlarla yadda qalmaqdadır. Dövlət tərəfindən mətbuatın inkişafı üçün bir çox addımlar atıldı. Bu istər readaksiyaların maddi texniki bazasının möhkəmlənməsində, istərsə də jurnalistlərin sosial məişət şəraitlərinin daha da yaxşılaşdırılmasında özünü göstərdi. Söhbət etdiyimiz mətbuat kapitanları da 2014-cü ilin mətbuat üçün uğurlu olduğunu və bu uğurların 2015-ci ildə də davam edəcəyinə inandıqlarını söylədilər .
Natiq Məmmədli, "Kaspi" qəzetinin baş redaktoru:
- 2014-cü il Azərbaycan mətbuatı üçün ən uğurlu və yadda qalan illərdən biri oldu. Bunlardan biri internet texnologiyalarının daha da inkişaf etməsi və qəzetlərin onlayn versiyalarının tam şəkildə hazırlanması oldu. Başa çatmaqda olan bu il də mətbuat üçün bir sıra tarixi hadisələr baş verdi. Butün bu uğurlara isə dövlətimizin diqqət və qayğı sayəsində nail olunub.
2015-ci ildə Azərbaycan mətbuatının 140 illiyi qeyd olunacaqdır. Yəni, jurnalistlər üçün yeni mənzillərin istifadəyə verilməsi gözlənilir. Bu baxımdan, gələn il üçün gözləntilərimiz çoxdur. Yeni il təbrikim isə 2015-ci ilin də ölkə mətbuatı üçün uğurlu və düşərli illərdən olmasını arzu etməkdir.
Tapdıq Abbas, "Paralel" qəzetinin baş redaktoru:
- 2014-cü il mətbuatın inkişafı üçün xüsusi önəm kəsb edən il oldu. Bu bir faktdır ki, müstəqil mətbuatın inkişaf etməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Bildiyiniz kimi, 2015-ci il Azərbaycan mətbuatının 140 illiyi qeyd olunacaq. 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ayrılan maliyyə vəsaitindən yenə də jurnalistlər 255 ev ilə təmin olunacaq. 2014-cü ildə Azərbaycan mətbuatına olan diqqət və qayğı, mətbuatımızın daha da inkişaf edilməsi üçün atılmış bütün addımlar 2015-ci ildə də davam edəcək və öz layiqli bəhrəsini verəcəkdir.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB