Nəqliyyat vasitələrində xəstəliklərdən necə qorunmalıyıq?

Nəqliyyat vasitələrində xəstəliklərdən necə qorunmalıyıq?

Soyuqdəymə, qrip kimi xəstəliklərə cəmiyyətdə tez-tez rast gəlinir. Bu xəstəliklərdən qorumaq üçün insanlar müxtəlif vasitələrdən istifadə edirlər. Mütəxəssislər bildirirlər ki, insanlar belə xəstəliklərə daha çox qış aylarında ümumi istifadədə olan nəqliyyat vasitələrində yoluxurlar. Nəqliyyat vasitəsinin qapısının kənarında olan və digər tutacaqlar, oturacaq başlıqları, havalandırmanın açıq olmaması insanların xəstəliklərə yoluxması baxımından real təhlükədir.

Daxili xəstəliklər üzrə mütəxəssis, dossent Engin Türkmen ümumi istifadədə olan nəqliyyat vasitələrində xəstəliklərə yoluxma və bundan qorunma yolları barədə məlumat verərkən bildirib ki, belə nəqliyyat vasitələrində insanlar üçün ən böyük risk tənəffüs yolları ilə bağlıdır. Çünki çox sayda insan dar mühitdə müəyyən müddət eyni havanı udmağa məcbur olur. Xəstəliyə yoluxmuş insanların nəfəs alması, danışması, xüsusilə öskürməsi ilə havaya mikroblar saçılır. Gözlə görünməyən mikroblarla zəngin kiçik damcılar tənəffüs zamanı digərlərinin burun və boğazına yapışır, hətta nəfəs borusuna və ağciyərlərinə qədər də gedə bilir. Qalan damcılar bir müddət sonra yerə enir. Yerdəki tozlar havalandığında mikroblar yenidən dar yerdə nəfəs alan insanların tənəffüs sisteminə daxil olurlar. Qrip və digər bu kimi xəstəliyi olan insanların bir metr yaxınlığında olanlar damcı yolu ilə həmin xətəliyə yoluxmağa namizəddirlər. Hamilə qadınlar, yaşlılar, uşaqlar, xroniki xəstəlikləri olan və immun sistemi güclü olmayan şəxslərə xəstəlik daha asan keçir.

Tutacaqlar mikrob mənbəyidir!

Xəstə insanlar öskürdükdən sonra əlini vurduğu tutacaqlar, oturacaq başlıqarı kimi yerlərdə olan mikroblar uzun müddət yaşayırlar. Çünki oradakı şərait buna imkan yaradır. Bəzən isə mikrobların özləri dayanıqlı olurlar. Sağlam insanlar həmin yerlərə əllərini vurduqdan sonra xüsusilə, ağzına, burnuna və ya gözünə toxunması ilə xəstəliyə yoluxmağa şərait yaradır.

Yaxşı təmizlənməyən kondinsionerlərə diqqət!

Ümumi istifadədə olan nəqliyyat vasitələrində kondisioner və havalandırma sistemi kifayət qədər təmizlənmədikdə oradan çıxan hissəciklər insanlarda allergik reaksiyalara səbəb ola bilirlər. Bəzi sistemlərdə qış aylarında nəqliyyat vasitəsinin içərisində olan hava yenidən içəriyə verilir. Əgər sistemdəki filterlər dəyişdirilməsə və ya sistem təmizlənməsə kondisionerdən birbaşa mikroblu hava gələcək.

Şüşəni uzun müddət açıq qoymayın!

Səfərlər zamanı təmiz hava almaq məqsədilə nəqliyyat vasitəsinin şüşəsini uzun müddət açıq qoymaq və üzü hava gələn tərəfə oturmaq da fəsada səbəb ola bilər. Uzun müddət üzə dəyən soyuq hava qismən üz iflici də yarada bilir. Bu, üz sinirinin şişməsi nəticəsində baş verir.

Ümumi istifadədə olan, sərnişin daşıyan marşurutlarda bu xəstəliklərin yaranma təhlükəsi var:

* Soyuqdəymə

* Qrip

* Faringit, laringit, badamcıq iltihabı, bronxit

* Sətəlcəm

* Qızılca, məxmərək, suçiçəyi

* Meningit

* Boğmaca, difteriya, vərəm

Xəstə insanlar tənzif maskalardan istifadə etməlidir!

Xəstə insanlar ağızlarını dəsmal ilə bağlamalıdır. Öskürüb-asqıran zaman dəsmal tapa bilməsələr, ağızlarını ovuclarının içi ilə deyil, qollarının içi ilə bağlamalı, tez-tez əllərini yumalıdırlar.

Xəstəliklərdən qorunmaq üçün nə etmək lazımdır?

Xəstəliklərdən qorunmaq üçün mümkün qədər az yerə toxunmaq, əlləri yumadan ağız və gözə vurmamaq, ümumi istifadə olunan kranlara salfet vasitəsi ilə toxunmaq, əl yuyan zaman maye sabuna üstünlük vermək və ya digər sabunun səthini yumaq, hər mühitin hava temperaturuna uyğun geyinmək, nəqliyyat vasitəsində uzun səfərlər zamanı şüşə kənarında oturmamaq, nəqliyyat vasitələrində digər şəxslərlə mümkün qədər aralıda olmaq, kürək-kürəyə dayanmaq, nəqliyyat vasitələrində mikroblara qarşı ağızı dəsmal və ya dəri əlcək ilə bağlamaq lazımdır. Allergik xəstəliyi olanlar oturacağı parçadan olan yox, dəridən olan avtomobillərə üstünlük verməlidirlər.

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin sahibi və sürücülər nə etməlidir?

Ümumi istifadədə olan nəqliyyat vasitələrində istilik 22-24 dərəcə arasında olmalıdır. Nəqliyyat vasitəsinin içi nə çox isti, nə də çox soyuq olamamalıdır. Gündəlik xidmət sonrası nəqliyyat vasitələrinin içi dezinfeksiya maddələri ilə təmizlənməlidir. Xüsusilə qış aylarında havalandırma sistemləri nizamlı olaraq təmizlənməli, filterlər dəyişdirilməlidir. Ümumi istifadədə olan nəqliyyat vasitələrinə qanunla göstərilmiş saydan çox sərnişin götürülməməlidir. Uzun məsafəli səfərlər zamanı sərnişinlər su, sabun və salfet kimi gigiyenik məhsullarla təmin olunmalıdır. Oturacaqlar anti-allergik hazırlanmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə