Elm adamları hər beş ildən bir attestasiyadan keçməli olacaq

Elm adamları hər beş ildən bir attestasiyadan keçməli olacaq

"Elm haqqında "Qanunun 7.8 maddəsində, gənc alimləri stimullaşdırmaq məqsədi ilə onlara sosial güzəştlərin verilməsi nəzərdə tutulub". SİA-nın məlumatına görə, bunu Elm və Təhsil Komitəsinin sədri, millətt vəkili Şəmsəddin Hacıyev bu gün Milli Məclisdə "Elm və Təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, qanuna əsasən, elm adamları hər beş ildən bir elmi attestasiyadan keçməli olacaqlar: "Elm adamlarının elmi səviyyəsini müəyyən etmək məqsədi ilə hər 5 ildən bir attestasiyadan keçməsi nəzərdə tutulur. Hər hansı bir şəxs attestasiyanın qərarından narazı olduğu təqdirdə, məhkəməyə müraciət edə bilər. Həmin şəxs və attestasiya qərarını dəyişmək ancaq məhkəmənin səlahiyyətinə aiddir".

Bütün xəbərlər Facebook səhifəmizdə