Bu gün Milli Məclisin Aqrar Siyasət Komitəsi "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" Azərbaycan Respublikasının qanunun ilkin müzakirəsinə başlayıb. SİA-nın məlumatına görə, komitə sədri Eldar İbrahimov deyib ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndinə əsasən ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını müəyyən edir, kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyektləri ilə məhsul istehsalçıları, dövlət və yerli özünü idarə orqanları, digər fiziki və hüquqi şəxslər arasında yaranan münasibəti tənzimləyir.
E. İbrahimov deyib ki, qanun əsas məqsədi kənd təsərrüfatı məhsulu istehsalçılarına və kənd əhalisinə aqrar sahədə bilik səviyyələrinin artırılaması, rəqabət qabiliyyətli məhsul istehsalı və kənd təsərrüfatının gəlirlə işlənməsini təmin edən vərdişlərin öyrədilməsi və daim təkmilləşdirilməsi, yeni texnika və innovasiyalı texnologiyaların tətbiqi, dövlətin aqrar siyasətinin həyata keçirilməsi, kənd ərazilərinin inkişafının təmin edilməsi, yoxsulluğun aradan qaldırılması üçün təsirli vasitə olan kənd təsərrüfatı informasiya-məsləhət xidməti sisteminin formalaşdırmağa və genişləndirilməsinə nail olmaqdır.
Qanun layihəsinin müzakirəsi davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB