Hava küləkli keçəcək PROQNOZ

Dekabrın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-7, gündüz 10-14 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə