Gənclərə hərbi xidmətdən möhlət hüququ verilə bilər

Gənclərə hərbi xidmətdən möhlət hüququ verilə bilər

Azərbaycanda təhsilin fasiləsizliyi prinsipinə uyğun olaraq elmi müəssisə və təşkilatların doktoranturalarında, ali təhsil müəssisələrinin doktorantura və magistraturalarında əyani təhsil almaq istəyənlərə dövlət hərbi xidmətdən möhlət hüququnu təmin edir. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin və digər komitələrlə birlikdə keçirilən iclasında müzakirəyə çıxarılan yeni "Elm haqqında" qanun layihəsində qeyd olunub.

Komitə sədri Şəmsəddin Hacıyev bildirib ki, bu, bir çağırış müddətinə verilən möhlətdir: "Yəni imtahandan kəsilən şəxs növbəti çağırışda hərbi xidmətə çağırılacaq: "Bu, birdəfəlik xidmətdən azad etmək demək deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə