""Elm haqqında" qanun Azərbaycan Respublikasında elmin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin "Elm haqqında" qanun layihəsinin müzakirəsinə həsr olunmuş daimi komitələrin birgə iclasında çıxışı zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
Ş.Hacıyev deyib ki, qanun həmçinin ölkənin iqtisadi, social və mədəni inkişafının təmin edilməsi, hər bir Azərbaycan vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsi, yeni biliklərə yiyələnməsi və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir.
Komitə sədrinin qeyd edib ki, "Elm haqqında qanun həm elmi, həm də hüquqi baxımdan çox ağır tutumlu bir sənəddir: "Onun hazırlanıb ərsəyə gətirilməsi üçün həmin sənədin ictimai müzakirələrdən keçirilməsinə ehtiyac var. Ötən müddət ərzində bu qanun layihəsi ilə bağlı 40-a yaxın təşkilatda müzakirələr aparılıb və onlar tərəfindən qanun layihəsinin təkmiləşdirlməsi ilə bağlı bir sıra təkliflər daxil olub.
Hesab edirəm ki, bugünki müzakirələr "Elm haqqlnda" qanun layihəsinin təkminləşdirilməsinə və onun parlament müzakirələrinə çıxarılaraq qəbul olunmasına gətirib çıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB