Nazir: “Orada nə qədər istəsələr yaşaya biləcəklər” Açıqlama

Nazir: “Orada nə qədər istəsələr yaşaya biləcəklər” Açıqlama

"Bu sahədə iş Nazirlər Kabineti tərəfindən həyata keçirilib. Hazırda həmin binalardan biri artıq yekunlaşmaq üzrədir". SİA-nın məlumatına görə, bu sözləri bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "İnkişafın 10 ili: 2004-2014" adlı konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hər iki valideynini itirən insanlar üçün evlərin verilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, bildirib ki bu istiqamətdə işlər aparılır və artıq bir binanın inşaatı yekunlaşıb. Binalar insanların məskunlaşması üçün tam kifayət edəcək: "Amma mövcud qanunvericiliyə uyğun olaraq həmin binaların yerləşdiyi ərazi üzrə rayon, şəhər icra hakimiyyətlərinin balansına verilməsi təbiidir ki, ortaya qoyulmalıdır. Çünkü, bu normal sosial evlərdir. Bu mənzillərdən insanlar öz evləri kimi istifadə edəcək. Sadəcə onların adına mülkiyyət hüququ kimi keçirilməyəcək. Onlar bunu satmaq, bağışlamaq hüquqlarına malik olmayacaq. Amma orada nə qədər istəsələr yaşaya biləcəklər. Orada daha iki binanın tikilməsi, ümumilikdə 360 nəfərə kifayət edəcək bir məkanın yaradılması nəzərdə tutulub. Hər il bu kateqoriyaya aid orta təhsili başa vuran və özünə yaşayış evi tapa bilməyən insanlara tam məskunlaşması üçün kifayət edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə