ARGTMŞ “Quba Soyqırımı Memorial Kompleksi”nə tur təşkil edib FOTOLAR
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkilatın üzvü olan gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə Quba rayonunda yerləşən "Quba Soyqırımı Memorial Kompleksi"nə məlumat turu təşkil olunub. SİA-nın məlumatına görə, çəlumat turu Azərbaycan tarixinin gənc liderlər arasında daha dərindən mənimsənilməsi məqsədilə təşkil olunub.
Məlumat turu zamanı iştirakçılara 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanda törədilmiş qırğınlar, bu faciənin miqyası və məqsədi, həmçinin Memorial Kompleks ərazisində aşkar olunmuş kütləvi məzarlıq barədə məlumat verilib. Kompleksdə iştirakçılar 1918-ci il mart hadisələrinədək Qubadakı dinc həyatı, eləcə də qırğınların miqyasını nümayiş etdirən faktlar, foto və video materiallarla tanış olublar.
Qeyd edək ki, 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin yaradılması haqqında sərəncam imzalayıb. 18 sentyabr 2013-cü il tarixində "Quba Soyqırımı Memorial Kompleksi"nin açılışı baş tutub.
.jpg)



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB