"Bu gün bizim həyata keçirdiyimiz sosial təminat sahəsində islahatlar müxtəlif istiqamətləri əhatə edir. O cümlədən qadınlarla kişilərin əmək və məşğulluq sahələrində çalışması və bərabərliyinin təmin olunması məsələləri var". SİA-nın məlumatına görə, bu sözləri Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "İnkişafın 10 ili: 2004-2014" adlı konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə verdiyi açıqlamasında deyib.
O, qadınların hamiləlik öncəsi və sonrası məzuniyyətə çıxması ilə bağlı qanuna da aydınlıq gətirib: "Bu istiqamətdə bir sıra peşələrdə qadınların çalışmasına qoyulan qadağalar məsələsi təbii ki, ortadan qaldırılmalı idi və hazırda bunun üzərində iş gedir. Söhbət bu hüququn qadının özünə verilməsindən gedir. Yəni onun hüququ var ki, o hamiləlik öncəsi və sonrası 140 günü istifadə etsin. Ondan sonra isə, sosial məzuniyyətə çıxmaq hüququ var. İl yarımdan sonra yenə il yarım əlavə edilir. Amma hüququ da var ki, bu müddətdə işləsin. Lakin bəzi işlər əvvəllər də qadağan olunurdu. Bizim apardığımız tədqiqatlar göstərir ki, bu işlər digər ölkələrin praktikasına uyğunlaşdırılaraq onların siyahısı son dərəcə azaldılmalıdır və hüquq qadının özünə verilməlidir. İstəyərsə o işlərdə çalışmaq üçün onun işləməyə hüququ olmalıdır. Ümumiyyətlə bütün məsələlərdə bu qadağaları ortadan qaldırmağı düşünürük".
Nazir əlillərin işləməsi məsələsinə də toxunub. O bildirib ki, 1, 2 və 3-cü qrup əlillərin işləməsinə qadağalar ortadan qaldırılmalıdır: "Bildiyiniz kimi, indiyə qədər birinci qrup əlillərə işləmək qadağandır sözləri yazılır. Hazırda bu məsələ ortadan qaldırılıb və hər bir əlillik təyin olunan insana yalnız onun əmək qabiliyyətini itirmək dərəcəsi təyin olunur. 1-ci, 2-ci , 3-cü qrup ola bilər. Amma ona işləmək heç vaxt qadağan oluna bilməz. Yəni istənilən insanın hansı vəziyyətdə olmağından asılı olmayaraq hansı isə sahələrdə çalışmaq imkanları var, və bu imkanları reallaşdırmaq üçün ona hüquq verilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB