Təhlükəli ərazilərdə iş aparılarkən təbii ki, ərazi buna reaksiya verir. Sürüşməyə meylli ərazilərdə qazıntı işləri aparan zaman bilməlisən ki, o ərazilər hər an sürüşə bilər". SİA-nın məlumatına görə, bu sözləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zığ – Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində keçirilən iməcilikdə jurnalistlərə açıqlama verən nazir Hüseyn Bağırov deyib.
O bildirib ki, sürüşməyə insanların özü şərait yaradır: "Sürüşmənin səbəblərindən biri də antropogen amillərdir. İlk yağışdan dayanıqlığını itirmiş ərazilərdə belə hallara rast gəlmək olur. Bu, yeni hal və yeni problem deyil. Əsasən tikinti və qazıntı işləri aparan şəxslər texnogen, antropogen və ərazi xüsusiyyətlərini nəzərə almalıdırlar. Bu hallar 90 faiz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə məsləhətləşmədən aparılır, nəticədə sürüşmə aktivləşir. Qanunla nəzarət olunmuş razılaşdırmalar milli geologiya xidməti orqanlarının əməkdaşları ilə əlaqəli şəkildə aparılmalıdır. Geoloqlar razılaşdırmaya rəy verməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB