Yaxın 3 gündə hava necə olacaq? PROQNOZ

Yaxın 3 gündə hava necə olacaq? PROQNOZ

Yaxın 3 gün ərzində Azərbaycanda küləkli hava şəraiti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, dekabrın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman gözlənilir. Şimal qərb küləyi səhər mülayimləşək, günün ikinci yarısında arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-6, gündüz 9-14 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə