Mətbuat Xidmətinin rəhbəri təltif edildi FOTO

Mətbuat Xidmətinin rəhbəri təltif edildi FOTO

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımova təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılmasına və media ilə fəal əməkdaşlığına görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən diplomla təltif olunub. BANM-dan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində "Media və təhsil dialoqu" mövzusunda praktik konfrans keçirilib. Konfransda Azərbaycan mediasının nümayəndələri və Təhsil Nazirliyinin rəsmiləri iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən konfransda, təhsil nazirinin müavini Ceyhun Bayramovun imzası ilə təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılması və media ilə fəal əməkdaşlığa görə Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zeynəb Kazımova diplomla təltif olunub.

Qeyd edək ki, təltif olunanlar sırasında Zeynəb Kazımova ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universitetinin mətbuat katibləri də var.

Bütün xəbərlər Facebook səhifəmizdə