Yeni avtobuslar sərnişinlərin ixtiyarına verildi

Yeni avtobuslar sərnişinlərin ixtiyarına verildi

Bu gündən paytaxt Bakıda yeni avtobuslar istismara verilib. SİA-nın xəbərinə görə, yeni avtobuslar hazırda yalnız bir xətt üzrə istismara buraxılıb. Belə ki, avtobuslar 65 saylı marşrut xətti üzrə hərəkət edir. Məlumat üçün nəzərinizə çatdıraq ki, xəttə çıxarılan yeni avtobuslar sərnişinlərin rahat gəliş gedişinə hesablanıb. Avtobuslarda keyfiyyətli oturacaqlarla yanaşı, xəbərdaredici siqnallara və müşahidə kameralarına malikdirlər.

Yeni avtobuslarda əlilliyi olan şəxslər də nəzərə alınıb. Avtobuslar əlil arabaları üçün xüsusi yerlərə malikdirlər. Bununla yanaşı uşaq arabası ilə olan analar da yeni avtobuslardan rahat şəkildə istifadə edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə