Vasif Talıbov səs verib

2014-cü il dekabrın 23-də ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçirilib. Xalqımız seçkilərdə iştirak edərək növbəti 5 il ərzində özünüidarəetmə orqanlarına layiq bildikləri namizədlərə səs verib. Seçki prosesinin başlandığı ilk dəqiqələrdən muxtar respublikanın rayonlarında və paytaxt Naxçıvan şəhərində əhali seçkilərdə mütəşəkkil iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən azərtac-a bildirilib ki, saat 10:00-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsinə gələrək səs verib.

Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində 1475 seçici qeydə alınıb. Məntəqədə fərdi qaydada, ictimai təşkilatlar, siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülən 27 namizəddən 17-si bələdiyyələrə seçiləcəkdir. Seçki prosesinin şəffaf, demokratik şəkildə keçirilməsi və müşahidəçilərin seçkilərin gedişini izləməsi üçün lazımı şərait yaradılıb, seçki prosesinin internet vasitəsilə izlənməsi də təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə