Türkiyəli jurnalistlər Quba soyqırımı məzarlığında olublar

Türkiyəli jurnalistlər Quba soyqırımı məzarlığında olublar

Azərbaycanda səfərdə olan Türkiyənin GAP Gəzetçilər Birliyinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Qənirə Paşayeva ilə birgə Quba soyqırımı məzarlığını ziyarət ediblər. SİA-nın Şimal Bürosunun verdiyi məlumata görə, ziyarət zamanı qonaqlara soyqırm haqında məlumat verilib.

Bildirilib ki, bu məzarlıq 1918-ci ildə erməni cəlladlarının Quba qəzasında dinc əhaliyə qarşı törətdiyi soyqırımının bariz nümunəsidir. Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, ziyarətin əsas məqsədi erməni vəhşiliyini türkiyəli jurnalistlərə göstərmək və bununla da Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Gördükəri mənzərədən dəhşətə gələn qonaqlar belə vəhşiliklərlə törədilən soyqirim gormədiklərini bildiriblər. Məzarlıgda olan numayəndə heyəti bu soyqırımı haqqında bütün dünyaya məlumatların ötürülməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Daha sonra iştirakçılar Quba Soyqırımı Memorial Kompleksdə yaradılmış muzeylə tanış olublar. Qonaqlara 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanda törədilmiş qırğınlar, bu faciənin miqyası və məqsədi, həmçinin Memorial Kompleks ərazisində aşkar olunmuş kütləvi məzarlıq barədə məlumat verilib.

Qeyd edək ki, qonaqların həmçinin cəbhə bölgəsinə də səfəri nəzərddə tutulub.

Emin Kərimov, Quba

Bütün xəbərlər Facebook səhifəmizdə