Qubada səhər saatlarından seçkilərə start verilib

Qubada səhər saatlarından seçkilərə start verilib

52 saylı Quba Dairə Seçki Komissiyasında bələdiyyə seçkiləri üçün namizədlərin siyahıya alınması və məntəqələrin hazırlığı başa çatıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Dairə Seçki Komissiyası üzrə ümumilikdə 44 min 600 nəfər seçkidə iştirak edəcək. Həmin seçicilər 72 məntəqədə səs verəcəklər. Bələdiyyə seçkilərində dairə seçki komissiyası üzrə 19 bələdiyyədə 179 yerə qarşı 438 nəfərin namizədliyi irəli sürülüb. Quba 52 saylı dairə seçki komissiyasının 1 saylı seçki məntəqəsi respublikanın hər yerində olduğu kimi bu dairədə seçicilərin üzünə açıqdır. Məntəqədə qeydiyyatda olan 997 nəfərdən saat 10-a kimi 195 nəfər seçkidə iştirak edib.

Qeyd edək ki, 53 saylı Quba-Qusar Dairə Seçki Komissiyasın da əhatə etdiyi 76 məntəqədə seçkilərə hazırlıq başa çatdırılıb. 46 min 617 seçici 473 namizəd arasında seçimini edəcək. Seçki dairəsində hazırlıqla əlaqədar 10 məntəqədə gedişatı izləmək üçün veb-kameralar quraşdırılıb.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə